“Muğan” 2 sindromu birdən qırıb
28.11.2010 - 16:29
“Muğan” 2 sindromu birdən qırıb
Salyanın “Muğan” klubu “İnter” sindromunu qırıb. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının XV turunun bugünkü görüşündə son ölkə çempionunu 1:0 hesabı ilə məğlub edən əyalət təmsilçisi birdən-birə 2 seriyaya son qoyub.

Sonuncu qələbəsini sentyabrın 25-də keçirilən XII turun “Simurq”la qarşılaşmasında əldə edən “Muğan” 7 oyunluq həsrəti bitirə bilib. Həmin – 1:0 hesablı qələbədən 63 gün sonra eyni hesabla “İnter”ə qalib gələn salyanlılar rəqib sindromunu da qırıb. Belə ki, indiyədək ölkə çempionatlarında 5 dəfə üz-üzə gələn komandaların bütün matçlarında yalnız bakılılar qalib gəlmişdi.

“İnter”ə 2008/09 mövsümündə 1:2 və 0:2, 2009/10 mövsümündə 1:6 və 0:1 hesabı ilə məğlub olan Salyan təmsilçisi bu ilin I dövrəsində də eyni hesabla uduzmuşdu. Bütün qollarını ev qarşılaşmalarında vuran “Muğan” öz meydanında “İnter”ə 1 qol vurmaq ənənəsini davam etdirib.