“Hansı komanda üzərində qazanılmasından asılı olmayaraq, qələbə - qələbədir”
28.11.2010 - 17:05
"Çox yaxşı oyun alındı, komandalar bərabər mübarizə apardı. Meydançanın vəziyyəti oynamaq üçün əlverişli deyildi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının AZAL klubunun baş məşqçisi Nazim Süleymanov deyib.
O, Unibank Premyer Liqasının XV turunun “Turan”la səfərdə keçirilən qarşılaşması haqda fikirlərini açıqlayıb: "Turan"ın baş məşqçisi çox təcrübəlidir, gələcək oyunlarda uğurlar arzulayıram. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Hansı komanda üzərində qazanılmasından asılı olmayaraq, qələbə - qələbədir".
Qeyd edək ki, AZAL rəqib meydanında 2:1 hesabı ilə qalib gəlib.
Mənbə: pfl.az

0
0