Revaz Dzodzuaşvili: Təcrübəsizlik öz sözünü dedi
28.11.2010 - 17:09
Revaz Dzodzuaşvili: Təcrübəsizlik öz sözünü dedi
"Çox gərgin və gözəl oyunun şahidi olduq. Rəqibimizlə başabaş mübarizə apardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Tovuzun "Turan" klubunun baş məşqçisi Revaz Dzodzuaşvili deyib.

Gürcüstanlı mütəxəssis Unibank Premyer liqasının XV turunun AZAL-la oyunundan sonrakı mətbuat konfransında qarşılaşma haqda fikirlərini açıqlayıb. O, 1:2 hesabı ilə uduzmalarına baxmayaraq bərabər mübarizə apardıqlarını bildirib: “Lakin təcrübəsizlik öz sözünü dedi. Buna baxmayaraq, öz futbolçularımın oyunundan razı qaldım. Rəqibin heyətində Benouahini fərqləndirmək istərdim. Hər iki komanda gözəl mübarizə apardı. AZAL-a növbəti oyunlarda uğurlar arzulayıram".

Mənbə: pfl.az