Arif Əsədov: Hücumçuların sayını artırmağımız düzgün addım idi
28.11.2010 - 17:59
Arif Əsədov: Hücumçuların sayını artırmağımız düzgün addım idi
"Beş ildir ki, "Qarabağ"la oyunlarda qalib gələ bilmirdik. Bu sindromu qırdığımıza görə şadam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov deyib.

40 yaşlı mütəxəssis Unibank Premyer Liqasının XV turunun “Qarabağ”la səfər oyunundan sonrakı mətbuat konfransında nəticənin məmnun qaldığını bildirib: "Neftçi" və "Qarabağ"ın oyunları həmişə maraqlı alınır. "Qarabağ" bəzi çətinliklərinə baxmayaraq, bu gün yaxşı mübarizə apardı. Oyunun gedişində meydanda hücumçuların sayını artırdıq. Fikrimcə, bu, düzgün addım idi".

Qeyd edək ki, “Neftçi” rəqibini 1:0 hesabı ilə məğlub edib.

Mənbə: pfl.az