Qurban Qurbanov: Bunu hamı gördü
28.11.2010 - 18:04
Qurban Qurbanov: Bunu hamı gördü
"Hamı oyunun necə keçdiyini gördü. Komandamız əzmkar mübarizə apardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

38 yaşlı mütəxəssis Unibank Premyer Liqasının XV turunun “Neftçi” ilə oyununda 0:1 hesabı ilə uduzan yetirmələrindən razı qalıb: “Futbolçularıma oyuna görə təşəkkür etdim. Georgi Adamiyada yorğunluq olduğundan onu bu gün ehtiyatda saxlamışdım".

Mənbə: pfl.az