Mahir Şükürovla Şahin Diniyevin komandaları yerlərini dəyişdilər
28.11.2010 - 19:11
Mahir Şükürovla Şahin Diniyevin komandaları yerlərini dəyişdilər
Rusiya Premyer Liqasında 2010-cu il mövsümünə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun şərəfini qoruduğu Mahaçqalanın “Anji” klubu Nalçikdə “Spartak”la qarşılaşıb. Qonaqların 3:1 hesabı ilə qalib gəldiyi görüşə 28 yaşlı yarımmüdafiəçimizə ehtiyac duyulmayıb.

Yığmamızın sabiq baş məşqçisi Şahin Diniyevin çalışdırıcılarından biri olduğu “”Terek isə öz meydanında “Sibir”i qəbul edib. Premyer Liqanı tərk edəcəyi çoxdan dəqiqləşən autsayderlə bacarmayan qroznılılar 1 xalla kifayətləniblər – 1:1. Bu xal itkisindən sonra mövsümü 33 xalla bitirən “Terek” 12-ci pilləyə enib. Eyni sayda xala malik “Anji” isə Diniyevin komandasını arxada qoymağı bacarıb.