AZAL-ın legionerindən yeni rekord
29.11.2010 - 00:10
Bakının AZAL klubunun futbolçusu Zohair Benouahi mövsümün yeni rekorduna imza atıb. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının XV turunun “Turan”la qarşılaşmasında dubla imza atan mərakeşli hücumçu cari çempionatda ikinci dəfə 1 oyuna 2 qol vurub. Mövsüm ərzində 2 dubla imza atan Benouahi bu göstəricidə Bahodir Nasimov (“Neftçi”) və Qvidas Yuşkaya (AZAL) çatıb.
Lakin həmin 2 oyunçudan fərqli Zohair ardıcıl 2 qarşılaşmada fərqlənib. Ötən turun “Qarabağ”la matçında da 2 qol vuran afrikalı mövsüm boyu iki dublu sıralayan ilk oyunçu adını qazanıb.
Azərbaycan çempionatlarında sonuncu belə hadisə ötən mövsüm qeydə alınıb. Bu ilin fevralında baş tutan 18 və 19-cu turlarda həmin vaxt “Karvan”ın futbolçusu olan Xaqani Məmmədov fərqlənmişdi.

0
0