“Qarabağ”ın 1 ildəki ikinci “3”ü
29.11.2010 - 00:20
“Qarabağ” son bir ildə ikinci dəfə “uğursuzluq zolağı”na düşüb. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının XIII və XIV turlarında ardıcıllıqla “Bakı” və AZAL-a eyni hesabla (0:2) uduzan Qurban Qurbanovun yetirmələri bu məğlubiyyətlər seriyasını qıra bilməyib. XV turun görüşündə “Neftçi” qarşısında aciz qalan ağdamlılar (0:1) bu uğursuz seriyanın üzə çatmasına əngəl ola bilməyiblər.
“Qarabağ” bu il artıq 1 dəfə belə halla rastlaşmışdı. Ötən mövsümün sonunda çətinliklər yaşayan komanda martın 12-dən 21-dək ardıcıl 3 məğlubiyyət almışdı. Maraqlıdır ki, həmin vaxt da seriya “Bakı”ya məğlubiyyətlə başlamışdı.
Mayın 12-də paytaxt təmsilçisinə 0:2 hesabı ilə uduzan Qurbanovun komandası 5 gün sonra Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçında “Xəzər Lənkəran”la bacarmamışdı – 0:1. Ayın 21-də Novruz bayramı günündə isə çempionatda “Qəbələ”yə 1:3 hesabı ilə uduzulmuşdu.
Həmin vaxt “Qarabağ” növbəti oyununu “İnter”lə keçirmişdi. Bu görüşdəki heç-heçə ilə ağdamlılar məğlubiyyətlərə son qoymuşdular – 1:1. Maraqlıdır ki, yenə 3 məğlubiyyət aldıqdan sonra əyalət təmsilçisi “İnter”lə görüşəcək.

0
0