“El klassiko”da ilk zərbə “Real”a dəydi
29.11.2010 - 09:41
“El klassiko”da ilk zərbə “Real”a dəydi
İspaniyanın “Barselona” və “Real” klubları arasında bu gün keçiriləcək çempionat oyunu ərəfəsində qalmaqal qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “El klassiko” adını daşıyan derbi matçını keçirmək üçün Barselonaya gələn Madrid təmsilçisi xoşagəlməz olayla üzləşib.
“El Prat” hava limanında 2 minə yaxın azarkeşi tərəfindən qarşılanan “Qalaktikos” Kataloniya paytaxtında daşqalaq edilib. Belə ki, “Xuan Karlos I” otelinə yollanan “Kral klubu”nun avtobusu “Barselona” azarkeşləri tərəfindən daş atəşinə tutulub. “Mərmi”lərdən biri Raul Albiol və Alvaro Arbeloanın əyləşdiyi yerdəki şüşəyə tuş gələrək qırıq-qırıq edib. Qalmaqaldan yalnız bir nəfər – klubun təhlükəsizlik xidmətinin əməkdaşı zərər çəkib. O, başı və belindən zərbə alıb.