“Gəncə” qələbəyə güclə sevinir, Junivan Nasimovla fərqi yarılayır
29.11.2010 - 10:20
“Gəncə” Unibank Premyer Liqasında uğursuz seriyasına son qoyub. Apasport.az saytının hesablamalarına görə, qərb təmsilçisi 41 gündən sonra, ümumilikdə II dövrədə ilk qələbəyə sevindi.
Bu, XV turda MOİK-lə ev oyununda (1:0) gerçəkləşdi. Fuad İsmayılovun çalışdırdığı komanda sonuncu qələbəsini də öz meydanında qazanmışdı. IX tur çərçivəsində oktyabrın 17-də “Xəzər Lənkəran” üzərində 4:1 hesablı qələbədən sonra “Gəncə” “Neftçi” tərəfindən darmadağın olunmuş (2:6), “Qəbələ” və “Simurq”la qolsuz bərabərliyə qalmış, “Bakı”ya 1:3, “Turan”a 1:2 hesabı ilə uduzmuşdu.
Göründüyü kimi, 5 oyundur qələbə üzünə həsrət qalan gəncəlilər buna son qoymaqla, xal ehtiyatını 19-a çatdırdı. Ancaq nəticə olsa da, bunun çətinliklə qazanılması da qeyd olunmalıdır.
Təsadüfi deyil ki, sonuncu yerdə gedən MOİK-lə oyunda qələbə topu yalnız sona 4 dəqiqə qalmış, braziliyalı bombardir Junivan Suaresin sayəsində vuruldu. Bir şeyi də nəzərə alaq ki, “hərbçilər” 30-cu dəqiqədə Nuran Qurbanov birbaşa qırmızı vərəqə alaraq meydandan çıxarıldığı üçün oyunun böyük hissəsini azlıqda keçirdi.
Ölkəmizdə “Turan” və “Olimpik”dən sonra 3-cü klubda oynayan Junivan cari mövsümdə vurduğu qolların sayını 7-yə çatdırmaqla, bombardirlər yarışında AZAL-ın litvalı hücumçusu Qvidas Yuşkaya çatdı. İndi Suares Premyer Liqamızın bombardiri olan “Neftçi”nin özbək hücumçusu Bahodir Nasimova çatmaq üçün bir o qədər də qol vurmalıdır.

0
0