Ukrayna yığmasının hücumçusu Əfran İsmayılova çatdı
29.11.2010 - 11:26
Dünyanın ən yaxşı hücumçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2010-cu ilin arxada qalan hissəsində minimum 6 qol vuranların siyahısını müəyyənləşdirib.
Milli komandada və qitə kuboklarında vurulan qolları nəzərə alan İFFHS-in cədvəlində 105 futbolçu yer alıb. Bu isə o deməkdir ki, 28 gün əvvəl açıqlanan siyahıya daha 18 nəfər daxil olub.
Sonuncu dəfə noyabrın 1-də açıqlanan siyahı ilə müqayisədə cədvəldə ciddi dəyişiklik baş verməyib. İspaniya millisində 10, “Valensiya” və “Barselona”da üst-üstə 6 qol vuran David Vilya zirvədəki mövqeyini qoruyub. Lakin artıq onunla izləyiciləri ilə arasında fərq heçə enib. Belə ki, Vilya ikinci olan Samuel Eto’Onu yalnız yığmadakı qol sayına görə arxada qoyub. Kamerun yığmasında da, İtaliyanın “İnter” klubunda da 8 dəfə fərqlənən afrikalı 2-ci pillədə qərarlaşıb.
4 həftə əvvəl 3-cü olan Xavyer Ernandes isə ilk “üçlüy”ü tərk edib. Belə ki, Hollandiya yığmasında 11, Almaniyanın “Şalke” klubunda 3 top vuran Klaas Yan Huntelaar 14 qolla 3-cü yerə sahib çıxıb. Eyni sayda qola sevinən argentinalı Lionel Messi isə 4-cüdür. Buna onun millidə yalnız 2 dəfə, 12 qolunu “Barselona”da vurması səbəb olub.
Azərbaycanın siyahıdakı yeganə təmsilçisi Əfran İsmayılov isə 6 qolla 85-89-cu yerləri bölüşən 5 futbolçudan biridir. Ötən siyahıda 67-71-ci yerlərdə olan “Qarabağ”ın üzvü 18 pillə geriləyib. Millimizdə 1, klubunda 5 dəfə rəqib qapısına yol tapan 22 yaşlı yarımmüdafiəçinin şərikləri arasına Ukrayna yığmasının hücumçusu Artyom Milevski də var.

0
0