Vəli Qasımov Azərbaycan yığmasının baş məşqçisi təyin olundu
29.11.2010 - 12:01
Vəli Qasımov Azərbaycan yığmasının baş məşqçisi təyin olundu
Bernard Lippert Azərbaycan milli komandalarındakı vəzifələrinin birindən azad olunub. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis bundan sonra işini yalnız U-21-də davam etdirəcək.

AFFA rəhbərliyi iki vəzifədə çalışmağın çətinliyini nəzərə alaraq, onu U-19-un baş məşqçi postundan azad edib. Artıq bu posta təyinat reallaşıb və tanınmış veteran futbolçularımızdan olan Vəli Qasımova bu yığmanı çalışdırmaq həvalə olunub. 42 yaşlı mütəxəssis milli komandamızın baş məşqçisi Berti Foqtsun köməkçisi vəzifəsindəki fəaliyyətini də davam etdirəcək.

Mənbə: affa.az