Azərbaycanlıların Rusiyadakı macəraları
29.11.2010 - 12:24
Azərbaycanlıların Rusiyadakı macəraları
Futbol üzrə Rusiya Premyer Liqasının 2010-cu il mövsümünə yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu ilki yarışda Azərbaycan iki nəfərlə təmsil olunub. Bunlar Mahaçqalanın “Anji” klubunda çıxış edən Mahir Şükürov və Qroznının “Terek” komandasının məşqçisi Şahin Diniyevdir.

Millimizin 28 yaşlı yarımmüdafiəçinin komandası 30 oyunda 9 qələbə qazanıb, 6 heç-heçə edib və 15 dəfə uduzmaqla, 33 xal toplayıb. 29 top vurub, öz qapısından 39-nu buraxan mahaçqalalılar 16 komanda arasında 11-ci yeri tutublar. Mövsümə uğurla başlayan Mahir uzun müddət əsas heyətin aparıcı üzvü sayılırdı. Lakin məlum “himn əhvalatı” onun heyətdəki yerinə də təsir etdi. Bu üzdən də son ay yarıma yaxın müddətdə yaşıl meydandan kənar qaldı. Ümumilikdə isə Rusiya kubokunda debüt edə bilməyən Şükürov Premyer Liqada 20 matça çıxdı: həmişə də start heyətində.

Oyunlar

Qol

Ötürmə

Sarı

Qırmızı

Start heyətində

Dəqiqə

Tarix

Anji - Spartak Nç - 0:0

-

-

-

-

1

90

13.03.2010

Amkar - Anji - 1:0

-

-

1

1

1

40

20.03.2010

Sibir - Anji - 2:4

-

-

-

-

1

72

11.04.2010

Anji - Rostov - 1:2

-

-

-

-

1

76

19.04.2010

Rubin - Anji - 0:0

-

-

-

-

1

90

25.04.2010

Anji – Krılya Sovetov - 0:0

-

-

-

-

1

45

30.04.2010

Anji - Dinamo - 1:1

-

-

-

-

1

90

11.05.2010

Zenit - Anji - 2:1

-

-

-

-

1

89

04.07.2010

Anji - Lokomotiv - 1:2

-

-

-

-

1

90

10.07.2010

Tom - Anji - 1:4

-

-

-

-

1

90

18.07.2010

Anji - Terek - 1:0

-

-

-

-

1

90

25.07.2010

Saturn - Anji - 1:0

-

-

-

-

1

90

30.07.2010

Anji - Amkar - 1:0

-

-

1

-

1

90

07.08.2010

MOİK - Anji - 4:0

-

-

-

-

1

90

15.08.2010

Alaniya - Anji - 0:0

-

-

1

-

1

79

22.08.2010

Anji – Sibir - 1:0

-

-

-

-

1

90

30.08.2010

Anji - Rubin - 0:1

-

-

-

-

1

86

19.09.2010

Krılya Sovetov - Anji - 3:0

-

-

-

-

1

30

27.09.2010

Anji - Spartak M - 0:1

-

-

-

-

1

90

03.10.2010

Dinamo - Anji - 4:0

-

-

-

-

1

45

17.10.2010

Cəmi: 20 oyun

-

-

3

1

20

1552

-




Ötən mövsümün sonunda əvəzedici komandanın baş məşqçisi postundan əsas komandaya gətirilib, onu bir neçə matça çıxaran Diniyev isə bu dəfə eyni şansı qazanmadı. “Terek”in əsas komandasının məşqçilər korpusunda yer alan Diniyevin klubu isə “Anji”yə aşağıdan yuxarı baxmağa məcbur olub. 8 qələbə, 9 heç-heçə və 13 məğlubiyyəti olan “Terek” 33 xal toplasa da, 12-ci yerlə kifayətlənib. Qroznı təmsilçisi 28 top vurub, öz qapısından 34-nü buraxıb.

Əslində, Şükürovla Diniyev Premyer Liqadakı tək təmsilçilərimiz olmayıb. Müxtəlif vaxtlarda Azərbaycan klubları və ya yığmaları ilə bağlılığı olanlar da Rusiyanın güclülər dəstəsində iştirak ediblər. Bunlardan ən diqqət çəkəni Şamil Lahiyalovdur. Qardaşı Rəşidin sənədi ilə Azərbaycana gəlib, U-16 üçün milliləşən futbolçu bu dəfə öz sənədi ilə Diniyevlə çalışır. O, “Terek”in əsas heyətində keçirdiyi 24 oyunda (23-ü start heyətində) 2049 dəqiqə mübarizə apararaq, 3 qol vurub, 1 məhsuldar ötürmə verib və 2 sarı vərəqə ilə cəzalanıb.

Premyer Liqa ilə yanaşı, burada çıxış edən klubların əvəzedici heyətlərində də Azərbaycan futbolu təmsil olunub. Maraqlıdır ki, yenə də bizimkilərin yolu “Terek” və “Anji” ilə bağlı olub. Onlar da ki, çempionatın ən zəifləri olaraq hərəyə 20 xalla 15 və 16-cı yerləri tutublar. Əlavə göstəricilərə əsasən 15-ci olan “Anji”nin heyətində vaxtilə Azərbaycan yığmalarına çağırılan Mixail Zaytsev də çıxış edib. O, 12-si start heyətində olmaqla 17 matça çıxaraq, oynadığı 955 dəqiqəyə 2 sarı vərəqə alıb. Mövsümü “Terek”in əvəzedici komandasında başlayıb sonradan vətənə dönən Kərim Diniyev isə 10 matçın iştirakçısı olub. 305 dəqiqə meydanda olan Şahin Diniyevin 17 yaşlı oğlu 3 dəfə start heyətində yer alaraq, 1 sarı vərəqə ilə cəzalanıb.