“Qəbələ” Unibank Premyer Liqasında yeni rekord vurdu
29.11.2010 - 12:56
“Qəbələ” Unibank Premyer Liqasında yeni rekord vurub. Apasport.az saytının hesablamalarına görə, Toni Adamsın baş məşqçisi olduğu komanda cari mövsümdə uzunmüddətli məğlubiyyətsiz seriya müəyyənləşdirib. Qəbələlilər artıq 9 oyundur məğlubiyyət nə olduğunu bilmirlər. Əyalət təmsilçisi sonuncu dəfə VI turda – sentyabrın 19-da “İnter”ə öz meydanında uduzub – 0:1.
Maraqlıdır ki, “Qəbələ” cari mövsümə ən uğursuz başlayan komanda oldu. Ardıcıl 3 məğlubiyyət alan qəbələlilər turnir cədvəlinin sonuncu pilləsində idi. IV turda evdə MOİK-i də yenə bilməyən (0:0) Adamsın komandası yalnız V turda Tovuzda “Turan”la oyunda ilk qələbəyə sevindi – 1:0.
“İnter”ə məğlubiyyətdən sonra uğurlu seriyaya başlayan “Qəbələ” 2 aydan artıqdır yenilmir. Seriyasını 9 oyuna çatdıran qəbələlilər bununla da “Xəzər Lənkəran”ın rekordunu yenilədi. Belə ki, məhz bu komanda cari mövsümdə ən uzun müddətlik məğlubiyyətsiz seriyaya malik idi – 8 oyun (5 qələbə, 3 heç-heçə, topların fərqi 10-1, 18 xal).
Cari mövsümdə axırıncı uduzan komanda olan “Xəzər Lənkəran” IX turda “Gəncə” ilə səfər oyununda darmadağın edildi – 4:1. “Qəbələ” seriyası zamanı xal sayı və topların fərqində də yeni rekord müəyyənləşdirib – 19 xal. Həmin 9 oyunun 5-də qalib gələn Adamsın yetirmələri 4-də heç-heçə edib (topların fərqi 11-1).
Qeyd edək ki, hazırda vahid lider olan “Neftçi” ən az uduzan komandadır. Flaqman həmin yeganə məğlubiyyəti VII turda sentyabrın 25-də elə “Xəzər Lənkəran”la səfər görüşündə alıb – 0:1. Buna qədər 6 oyun dalbadal uduzmayan “Neftçi” məğlubiyyətsiz seriyasını bu tur 8-ə çatdırmaqla, həm öz göstəricisini yaxşılaşdırdı, həm də lənkəranlıların rekordunu təkrarladı.
Mehman SÜLEYMANOV

0
0