“Qarabağ”la oyunda Azərbaycan futbolu qazandı”
29.11.2010 - 13:29
“Qarabağ”la oyunda Azərbaycan futbolu qazandı”
“Əvvəlcə onu qeyd etməliyəm ki, liderliyimizi sürdürdüyümüz üçün çox sevinirəm”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun futbolçusu Slavko Georgievski deyib.
Makedoniyalı futbolçu Unibank Premyer Liqasının XV turunda məğlub etdikləri (1:0) “Qarabağ”ı Azərbaycan Premyer Liqasının ən güclü komandalarından hesab edir: “Bizimlə oyunda hər kəs bir daha bunun şahidi oldu. Rəqiblə çətin və gərgin matç oynadıq. Qalib gəlməyi bacardıq. Bir şeyi nəzərə almaq lazımdır ki, "Qarabağ"la oyunda Azərbaycan futbolu qazandı. Çünki rəqibimizlə yanaşı, bizim heyətimizdə də bir çox gənc futbolçular yer alırdı. Düşünürəm ki, belə vacib görüşlərdə, çempionluğa iddialı komanda da gənc futbolçuların çıxış etməsi vacib faktlardan biridir. Mirhüseyn Seyidov, Amit Quluzadə, Araz Abdullayev, Cavid Hüseynov, Cavid İmamverdiyev Azərbaycan futbolunun gələcəyidir. Baş məşqçimiz onlara şans verməklə, yığma üçün böyük işlər görür”.