Flaqman üçün yol açıldı
29.11.2010 - 13:47
Gələn ilin yanvarında Rusiyada keçiriləcək ənənəvi “Birlik kuboku” turnirindən imtina edən klubların sırasına daha biri əlavə olunub. Apasport.az saytının məlumatına görə, Belarusu yarışda təmsil etmək təklifi alan “Minsk” klubu Sankt-Peterburqa yollanmayacaq. Paytaxt təmsilçisi bununla bağlı ölkəsinin futbol federasiyasına rəsmi məktub göndərib.
Belarusun son çempionatında bürünc mükafata sahib olan “Minsk” ölkə çempionu BATE və gümüş qazanan Soliqorsk “Şaxtyor”unun imtinasından sonra Rusiyaya getmək imkanı əldə etmişdi. Lakin ilk 2 yerin sahibləri kimi, minsklilər də yarışda oynamaqdan imtina ediblər. Bununla da növbə Belarus futbolunun flaqmanı “Dinamo”ya çatıb. Minsk təmsilçisi 2010-cu il mövsümünü 4-cü yerdə bitirib.
Qeyd edək ki, Azərbaycan çempionu “İnter”in də mübarizə aparacağı yarış yanvarın 14-23-də keçiriləcək.

0
0