Ruslan Abışov üçün ilk qol, yubiley və düşərli ay
29.11.2010 - 14:40
Unibank Premyer Liqasının XV turu Bakının “Neftçi” klubunun kapitanı Ruslan Abışov üçün düşərli olub. Apasport.az saytının hesablamalarına görə, yığmamızın da formasını geyinən 23 yaşlı müdafiəçi milli çempionatda qol hesabını açıb.
Ruslan “Qarabağ”la Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən tarixi görüşdə qələbə topunun müəllifi oldu – 1:0. Milli çempionatda çıxışı yalnız “Neftçi” ilə bağlı olan Ruslan 2006-cı ildən bu komandanın şərəfini qoruyur. Ona ilk qolunu vurmaq 5-ci mövsümdə, özü də yubiley 70-ci görüşdə nəsib oldu. Zədəli Rail Məlikovun yoxluğunda kapitan sarğısını daşıyan Abışovun qolu komandasını yenidən vahid liderliyə yüksəltdi.
Yığmada da 1 qol vuran Ruslanın klubla müqayisədə millidə oyun sayı xeyli azdır – 12. Berti Foqtsun dövründə - ötən il sentyabrın 5-də Finlandiya millisinə Lənkəranda 1:2 hesabı ilə uduzduğumuz rəsmi oyunda debüt edən müdafiəçi ilk qolunu milli çempionatla müqayisədə çox tez vurdu. Belə ki, Ruslan artıq 5-ci oyununda - yığmamızın Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində beynəlxalq turnirdə Çexiya millisinə 2:0 hesabı ilə qalib gəldiyi matçda qol hesabını aça bildi.
Onun siftə etdiyi “Qarabağ” və Çexiya ilə görüşlər arasında oxşarlıq var. Məsələ ondadır ki, bu ay Abışova düşərlidir və hər iki komandada ilk qolunu məhz noyabrda vurub. Özü də hər iki halda, hücuma qoşulan müdafiəçi baş zərbəsi ilə gözəl qola imza atıb.
Qeyd edək ki, Azərbaycan – Çexiya oyunu ötən ilin noyabrın 18-də keçirilib.
Mehman SÜLEYMANOV

0
0