“Muğan” 50-yə çatdı
29.11.2010 - 15:09
Unibank Premyer Liqasının XV turunun “İnter”lə oyununda vurulan qol Salyanın “Muğan” klubu üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, uruqvaylı futbolçu Anhel Qutyerresin sabiq komandasının qapısına vurduğu top salyanlılar üçün yubiley xarakteri daşıyıb. Belə ki, 2008-ci ildən güclülər dəstəsində çıxış edən “Muğan” 50-ci qolunu vurub.
Salyanlılar Premyer Liqada ilk qolu 2008-ci il avqustun 9-da “Qəbələ” ilə görüşdə vurmuşdular. Səfər matçının 77-ci dəqiqəsində fərqlənən Fərid Quliyev meydan sahiblərinin qonaqları darmadağın etməyinə mane ola bilməmişdi – 1:4.
Qeyd edək ki, “Muğan” əvvəllər NBC adı altında çıxış edib.
“Muğan”ın Premyer Liqadakı qolları mövsümlər üzrə
2008/09 – 19 qol
2009/10 – 24 qol (I mərhələdə 12, II mərhələdə 12 qol)
2010/11 – 7 qol

0
0