355 gündən sonra
29.11.2010 - 15:50
“Qarabağ” 355 gündən sonra Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionuna qayıdır. Apasport.az saytının məlumatına görə, cari mövsümdə ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirən Ağdam təmsilçisi Premyer Liqanın növbəti turunda dekabrın 4-də “İnter”i Suraxanıda qəbul edəcək.
“Qarabağ” ona məxsus olan bu arenanın qazonu yararsız vəziyyətə düşdüyündən, təmirə bağlamışdı. Artıq bu problemi yoluna qoyan ağdamlılar bir ilə yaxın fasilədən sonra doğma məkana qayıdır.
Əslində, “Qarabağ” cari çempionatda Suraxanıda meydana çıxıb. Bu, III turda avqustun 21-də MOİK-lə görüş olub. Ancaq fərq ondadır ki, “hərbçilər” 0:1 hesabı ilə uduzduqları həmin oyunda meydan sahibi olduğundan, “Qarabağ” nominal qonaq olub. Ağdamlılar Suraxanı stadionunda sonuncu ev oyunu ötən ilin dekabrın 10-da Salyanın “Muğan” klubuna 2:1 hesabı ilə qalib gəldiyi görüş olub.
Qeyd edək ki, “Qarabağ” 2009-cu ilin mayında Ağdama qayıtsa da, Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu yayda yenidənqurma işləri ilə əlaqədar bağlandığından, Bakıya döndü.

0
0