Vəli Qasımovun ilk heyəti
29.11.2010 - 16:07
Vəli Qasımovun ilk heyəti
Dekabrın 1-dən 8-dək Bakıda təlim-məşq toplanışı keçirəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yeni baş məşqçisi Vəli Qasımovun rəhbərliyi altında ilk hazırlıqlarına çıxacaq milliyə 26 futbolçu dəvət olunub. Bunlar Abdulla Abatsiyev (“Stolitsa”, Rusiya), Kərim Diniyev, Elşən Abdullayev, Məqsəd İsayev, Ruslan Tağızadə, Slavik Alxasov (hamısı “Neftçi”), Kazım Kazımlı, Orxan Sadıxlı (hər ikisi “Xəzər Lənkəran”), Ruslan Bədəlov (“Volqoqrad”, Rusiya), Namiq Ələskərov, Nurlan Novruzov (hər ikisi “Bakı”), Elcan Cəfərov (“Sibir”, Rusiya), Müşfiq Teymurov (“Qəbələ”), Ayaz Mehtiyev (“Qarabağ”), Fərid Bağırov (“Torpedo”, Rusiya), Elçin Hüseynov, Rizvan Umarov, Azər Abbasov, Tural Hümbətov (hamısı “Zenit”, Rusiya), Xəlil İsmayılov (“Sankt-Peterburq”, Rusiya), Sadiq Ramazanov, Rəşad Əzizov, Aleksander Qross (hamısı “İnter”), Emil Balayev (“Olimpiya”, Rusiya), İslam Süleymanov (“Lokomotiv”, Rusiya) və İslam Nəbiyevdir (“Spartak”, Nalçik, Rusiya).

Mənbə: affa.az