“Real” “Barselona” ilə oyun öncəsi növbəti zərbəni aldı
29.11.2010 - 16:58
Madrid “Real”ı əzəli rəqibi “Barselona” ilə bugünkü “El Klassiko” başlamamış növbəti zərbəni alıb. Apasport.az saytının məlumatına görə, “Kral klubu”nun əsas hücumçularından olan Qonsalo İquain “Nou Kamp” stadionunda Bakı vaxtilə 00:00-da başlayacaq görüşdə meydana çıxa bilməyəcək.
Buna səbəb argentinalı futbolçunun belində olan ağrılardır. “Ayaks”la Çempionlar Liqasında görüşü buraxmalı olan Qonsalonun “Barselona” ilə oyuna hazır olmayacağı bu gün aydınlaşıb. Baş məşqçi Joze Mourinyo əsas bombardirlərindən olan İquaini fransalı hücumçu Kərim Benzema ilə əvəzləyəcək.
Qeyd edək ki, “Real”ın üzvlərinin yer aldığı avtobus Barselonada hava limanından otelə yollanan daşqalaq edilib.

0
0