Yığmamızın rəqibi Antalyaya gedir
29.11.2010 - 17:21
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alan Qazaxıstan yığmasının növbəti yoldaşlıq oyunundakı rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi axtarışında olan rəqibimiz Belarusla görüşəcək. Bu qarşılaşma gələn il fevralın 9-da baş tutacaq. Qazaxıstan və Belarus milliləri Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində üz-üzə gələcəklər.
0
0