“Barselona” “Real”ı darmadağın etdi
30.11.2010 - 09:35
İspaniyanın ən titullu klubları “Barselona” ilə “Real”ın görüşü darmadağınla nəticələnib. Apasport.az saytının məlumatına görə, “Nou Kamp” stadionunda keçirilən “El Klassiko”da katalonlar 5:0 hesabı ilə qalib gəliblər.
Meydan sahibləri artıq 18-ci dəqiqədə hesabda 2:0 irəlidə olub. Xavi 10-cu dəqiqədə, Pedro bundan 8 dəqiqə sonra İker Kasilyasın qoruduğu qapıya yol tapıb. “Barselona”nın əsas hücumçularından olan Vilyaya ikinci hissədə dubl etmək üçün cəmi 3 dəqiqə (55 və 58-ci dəqiqələr) bəs edib. Oyun son nöqtəni isə sonradan meydana çıxan gənc yarımmüdafiəçi Jeffren 90+1-ci dəqiqədə qoyub.
Bununla da Joze Mourinyonun yaydan çalışdırdığı “Real”da ilk məğlubiyyəti ağır olub. Onun gənc həmkarı Xosep Qvardiola isə “Barselona”nı çalışdırdığı 3-cü mövsümdə “Kral klubu” ilə oyunlarda ardıcıl 5-ci qələbəsinə nail olub və rəqibini keçərək, komandasını vahid liderliyə yüksəldib.

0
0