Xosep Qvardiola: Bizim “Real”dan çox güclü olduğumuz düz deyil
30.11.2010 - 09:46
“Əlbəttə ki, 5:0 hesablı qələbədən məmnunam. Amma məni daha çox bu qələbəni necə əldə etməyimiz sevindirir”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniyanın “Barselona” klubunun baş məşqçisi Xosep Qvardiola deyib.
Primeranın XIII turuna təsadüf edən “El klassiko”da əzəli rəqibi “Real”ı 5:0 hesabı ilə darmadağın edən kataloniyalıların çalışdırıcısı nəticənin komandalar arasında səviyyə fərqini əks etdirmədiyini düşünür: “Qürur hissi keçirirəm ki, biz öz oyun fəlsəfəmiz sayəsində qalib gəldik. Özü də cari mövsüm məğlubedilməz olan rəqibi üstələdik. İndi bizim “Real”dan çox güclü olduğumuzu demək asandır. Lakin bu, belə deyil. Çünki rəqibimiz də çox güclüdür. Sadəcə, bu gün biz hər şeyi bacardıq”.

0
0