Mahir Şükürova məzuniyyət verdilər
30.11.2010 - 10:32
Mahir Şükürova məzuniyyət verdilər
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov məzuniyyətə buraxılıb. Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçimizin çıxış etdiyi Rusiyanın “Anji” klubu məşqçi və futbolçu heyətini qış istirahətinə buraxıb.

Premyer Liqada mövsüm başa çatdığı üçün məzuniyyətə buraxılan “Anji” gələn il yanvarın 7-dək istirahət edəcək. Mahir və komanda yoldaşları yeni ilin 8-ci günündə klubun bazasında bir araya gəlməlidirlər. Mövsümün hazırlıq planı isə hələ təsdiqlənməyib.

Qeyd edək ki, “Anji” ilə hələ 2 illik müqaviləsi qalan həmyerlimizin Dağıstan təmsilçisini tərk edəcəyi gözlənilir.