Serxio Ramosdan yeni rekord
30.11.2010 - 10:48
Serxio Ramosdan yeni rekord
Madrid “Real”ının futbolçusu Serxio Ramos rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı müdafiəçi Primeranın “Barselona” ilə səfər oyununda qırmızı vərəqə almaqla, klub rekordunu təkrarlayıb.

Matçın uzatma dəqiqələrində Lionel Messiyə qarşı kobudluğa görə cəzalanan və hətta onu sakitləşdirməyə çalışan Karles Puyolu da itələyən Serxio meydandan qovulub. Bununla da Ramos Fernando Yerroya çatıb. Bu qırmızı vərəqə müdafiəçinin İspaniya çempionatlarında “Karl klubu”nun heyətində aldığı 10-cu belə cəza olub. Ramos cəmi 175 qarşılaşmada 10 dəfə qovulub. Klubun sabiq kapitanı, eyni sayda qırmızı vərəqə alan Yerro isə 439 matç keçirmişdi.