Branimir Subaşiç qayıdır
30.11.2010 - 11:02
“Qəbələ” klubunun futbolçusu Branimir Subaşiç yaşıl meydana qayıdır. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının XII turunda "Xəzər Lənkəran"la oyunda zədələnən 28 yaşlı hücumçunun bərpa prosesi başa çatmaq üzrədir. Artıq məşqlərə başlayan serbiyalı legioner həftəsonu keçiriləcək XVI turda komandasına kömək edə biləcək. Milliləşən futbolçunun "Qəbələ"nin MOİK-lə səfər matçında meydana çıxacağı gözlənilir.
0
0