Baptista “Qalatasaray”a keçir
30.11.2010 - 13:53
“Qalatasaray”ın qış fasiləsində transfer edəcəyi daha bir futbolçunun adı müəyyənləşib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul təmsilçisinin rəhbərliyi “Roma”nın hücumçusu Baptista ilə danışıqları yekunlaşdırıb.
Müqavilənin şərtlərinin razılaşdığını qeyd edən həmkarlarımız onun transferinin “sarı-qırmızılı” komandaya 4 milyon avroya başa gələcəyini yazıblar. Razılaşmaya əsasən, pulun yarısını əvvəlcədən ödəyəcək “Qalatasaray” 2 milyon avronu 6 ay sonra “Roma”nın büdcəsinə köçürəcək. Braziliyalı futbolçu isə Türkiyədə ilinə 3,5 milyon avro qazanacaq.
Qeyd edək ki, 29 yaşlı Baptistanın mövsümün əvvəlində də “Qalatasaray” a keçəcəyi bildirilirdi.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0