“Qarabağ” rəhbərliyi Qurban Qurbanovla bağlı rəsmi mövqeyini bildirdi
30.11.2010 - 18:30
“Qarabağ” rəhbərliyi Qurban Qurbanovla bağlı rəsmi mövqeyini bildirdi
“Qarabağ” bəyanat yayıb. Klubun mətbuat xidmətindən apasport.az saytına daxil olan bəyanatda komanda rəhbərliyi baş məşqçi Qurban Qurbanova bir daha etimad göstərib.

Unibank Premyer Liqasının son 3 turunda meydandan xalsız, özü də qol vurmadan tərk edən Ağdam təmsilçisi nəticədə “altılıq”da yerini itirib. Bundan sonra Qurbanovun istefaya gedəcəyi söylənilsə də, rəhbərlik onunla əməkdaşlığı davam etdirmək fikrindədir: “Rəsmi olaraq bildiririk ki, Qurbanova hər zaman olduğu kimi, tam dəstəyi davam etdiririk. “Qarabağ” rəhbərliyi ona inanır və bu çətin günləri birgə səylərimizlə geridə qoyacağımıza inanırıq. Qurbanovun müqaviləsi kağız üzərində deyil, qarşılıqlı inam üzərində imzalanıb”.