“Şaxtyor” Azərbaycan çempionu ilə görüşməyə razı oldu
01.12.2010 - 09:45
Rusiyada keçiriləcək ənənəvi “Birlik kuboku” turnirində Belarusu təmsil edəcək komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Soliqorskun “Şaxtyor” klubu Sankt-Peterburq şəhərində baş tutacaq sayca XIX yarışda iştirak edəcək. Son ölkə çempionatının gümüş mükafatçısı bu qərar klub rəhbərliyinin növbəti yığıncağında gəlib.
Belarus çempionu BATE-nin imtinasından sonra bu hüququ əldə edən “Şaxtyor” da eyni addımı atmışdı. Lakin bürünc mükafatçı “Minsk” klubunun da yarışa getməməyə qərar verməsi belarusluları çətin vəziyyətdə qoydu. Yerli futbol federasiyasının növbəti müraciətindən sonra isə “Şaxtyor”u fikrindən daşındırmaq mümkün olub.
Qeyd edək ki, gələn il yanvarın 14-23-dək keçiriləcək yarışda Azərbaycanı son ölkə çempionu “İnter” təmsil edəcək.

0
0