Lənkəranlı futbolçu “Spartak”a keçir - FOTO
10.12.2010 - 15:24
Lənkəranlı futbolçu “Spartak”a keçir - FOTO
Moskva “Spartak”ı azərbaycanlı futbolçu Emin Mahmudovu transfer edir. Apasport.az saytının məlumatına görə, Rusiyanın ən titullu komandası lənkəranlı 18 yaşlı yarımmüdafiəçinin oynadığı “Saturn”a rəsmi təklif irəli sürüb.

Buna müsbət yanaşan Emin “Spartak”la müqavilə bağlamağa hazırlaşır. Borc içərisində olan “Saturn” adı açıqlanmayan şirkət qarşısında 800 milyon rubla yaxın borcu var. Bunu futbolçularını satmaqla həll etməyə çalışan klub borcu verə bilsə, peşəkar statusunu saxlayacaq. Belə olarsa, ötən mövsümdə 21 oyuna 1 qol vuran Eminin “Starun”da icarə əsasında qalacağı gözlənilir.