Kaxaber Sxadadze ehtiyatlı danışır
14.12.2010 - 16:14
Kaxaber Sxadadze ehtiyatlı danışır
“Rəqiblərlə tanış oldum. Öncə demək istəyirəm ki, onları qiymətləndirməmək olmaz”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcüstanlı mütəxəssis Sankt-Peterburqda keçiriləcək “Birlik kuboku”nun pükşatmasına münasibət bildirib: “Iskra-Stal”dan başqa qrupdakı komandaların hamısı ölkə çempionlarıdır. Heç bir klub asanlıqla çempion olmur. Düşünürəm ki, qrupda bizi gərgin və maraqlı oyunlar gözləyir. Təbii ki, məqsədimiz turnirdə daha yaxşı cıxış etməkdir”.

Qeyd edək ki, “İnter” Tacikistanın “İstiqlal”, Qırğızıstanın “Neftçi” və Moldovanın “İskra-Stal” klubları ilə A qrupunda yer alıb.

Mənbə: pfl.az