Yığmanın müdafiəçisi qarət olundu
15.12.2010 - 10:18
Yığmanın müdafiəçisi qarət olundu
İspaniyanın “Real” klubunun futbolçusu Pepe xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Portuqaliya milli komandasının 27 yaşlı müdafiəçisi oğruların qurbanına çevrilib. Belə ki, milliləşən braziliyalı “Real”la səfər oyununda olduğu vaxt evi qarət olunub.

Cinayətkarlar onun evindən 50 min avro pul, kompüterlər və digər qiymətli malları oğurlayıblar. Onlar evdə heç kimin evdə olmamasından istifadə ediblər. Pepe isə yalnız evə döndükdən sonra hər şeyin qarışdığını görüb.