“Serbiyada azərbaycanlı futbolçunun oynamasına təəccübləndim”
15.12.2010 - 10:49
“Mən Azərbaycan yığmasına çağırılan Murad Hüseynov haqda heç nə bilmirdim. Serbiya çempionatında oynayan bu futbolçu ilə millinin düşərgəsində tanış oldum”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiç deyib. 2007-ci ildən milliləşdirilərək, yığmamıza cəlb edilən serbiyalı hücumçu son 2 mövsümdə Belqradın “Srvena Zvezda” klubunda olub.
Yayda ölkəmizə qayıdaraq, “Qəbələ”yə keçən Subaşiç yığmamızın düşərgəsində vətənindən çağırılan futbolçu ilə görüşmək imkanı qazandı. Söhbət Serbiyanın I divizion təmsilçisi “Mladost” klubunda oynayan Murad Hüseynovdan gedir. Ancaq Azərbaycanı özünə ikinci vətən hesab edən Branimir onun haqda eşitməyibmiş: “Mən ümumiyyətlə, Serbiyada azərbaycanlı futbolçunun oynadığını eşidəndə təəccübləndim. Elə bilirdim ki, orada məndən başqası yoxdur. Milliyətcə serb olsam da, Azərbaycan vətəndaşlığını daşıyıram. Muradla yığmanın düşərgəsində söhbətləşdik, hal-əhval tutduq. Onun agentim mənim dostumdur. Hələ gənc futbolçudur, 21 yaşı var. Ümid edirəm ki, gələcəkdə də Azərbaycanda yığmasına çağırılaraq, möhkəmlənəcək”.
Qeyd edək ki, Rusiya vətəndaşı olan Hüseynov əslən Dağıstandandır, oranın futbol məktəbinin yetirməsidir. Cari mövsümdən “Mladost”da oynayan hücumçu 2 oyun keçirib.
Mehman SÜLEYMANOV

0
0