AFFA futbol festivalı keçirdi
15.12.2010 - 11:01
AFFA futbol festivalı keçirdi
Şağan Olimpiya İdman Kompleksində Açıq Əyləncəli Futbol Məktəbləri layihəsi çərçivəsində “Statoil” festivalı keçirilib. Apasport.az saytının məlumatına görə, festivala Bakı və Sumqayıt şəhərlərindəki məktəblərdən olan uşaqlar və məşqçilər qatılıblar.

Tədbirdə Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri, AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev, “Statoil” şirkətinin Dövlət və İctimai Əlaqələr üzrə direktoru Villi Eqset, şirkətin korporativ və sosial məsələlər üzrə baş məsləhətçisi Şeyda Mehdiyeva iştirak ediblər.

Mənbə: affa.az