Bakıda doğuldu, Azərbaycan yığmasına gəlmədi - EKSKLÜZİV
16.12.2010 - 00:03
İsveçin “Malmö” klubunda oynayan Jiloan Hamadın milliləşərək Azərbaycan yığmasına cəlb olunması baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, buna 20 yaşlı istedadlı futbolçunun İsveçin əsas milli komandasına dəvət edilməsi səbəb olub.
Əvvəllər bu ölkənin 21 yaşadək futbolçulardan ibarət millisində oynamış universal cinah yarımmüdafiəçisi gələn ilin əvvəlində təşkil olunacaq toplanışa qatılacaq. Baş məşqçi Erik Hamrindən dəvət alan istedad skandinaviyalılara “hə” deyib.
Bununla da yığmamızın baş məşqçisi Berti Foqtsun Bakıda anadan olan və körpə ikən İsveç köçən Jiloanı milliləşdirmək istəyinin gerçəkləşməsi mümkünsüz olub.

- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0