“Neftçi”dən revanş almaq haqda düşünürük”
16.12.2010 - 00:07
“Bu il “Neftçi” ilə keçirdiyimiz hər iki oyunda məğlub olmuşuq. Acınacaqlı haldır ki, hər iki oyunda qapımızdan çox top buraxmışıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə”nin kapitanı Azər Məmmədov deyib.
O bildirib ki, həftəsonu Unibank Premyer Liqasının XVIII turu çərçivəsində “Neftçi” ilə qarşılaşacaq “Gəncə” əzəli rəqibi ilə matçlardakı uğursuz seriyaya son qoymaq niyyətindədir: “Biz revanş almaq haqda düşünürük. Həm də böyük hesablı qələbə ilə. Əhval-ruhiyyə pis deyil. Hamımız oyuna köklənmişik. 1-2 zədəli futbolçumuz var”.
Məmmədov mövsümün əvvəlində “Gəncə” ilə “Neftçi” arasında müəyyən danışıqların olması barədə mütəmadi səslənən fikirləri təkzib edib: “Neftçi” ilə aramızda heç nə yoxdur. “Gəncə” heç vaxt hansısa komandaya kömək etməyib. Bizim üçün rəqibin “Neftçi” və ya “Xəzər Lənkəran” olmasının heç bir fərqi yoxdur. Ancaq qələbə haqda düşünürük. Çünki udanda, həvəsləndirici mükafat alırıq. Kim bundan imtina edər?”
Təcrübəli futbolçu komandasının hələ gücünün tükənmədiyini də qeyd edib: “Gücümüzün bundan artığına çatmadığını deyənlərlə razılaşmıram. Onda “Xəzər Lənkəran”ı, “İnter”i məğlub etməzdik. Gözlənilməz nəticələr hər zaman olur. “Bakı”ya uduzduqdan sonra, sanki “qara zolağa” düşmüşük. “Neftçi” ilə oyunda nəyə qadir olduğumuzu görərlər”.

0
0