“Qalatasaray”lı xanım Aleksdən imtina etdi
16.12.2010 - 00:12
İstanbulda uşaq evinə yardım məqsədilə təşkil olunmuş bir tədbirdə şəhərin elitar təbəqəsi toplaşıb. Apasport.az saytının xəbərinə görə, təqribən 500 nəfərin qatıldığı gecədə futbol dünyasının da nümayəndələri olub. Dəvətnaməsi 250 lirəyə olan balda həm də maraq üçün lotereya keçirilərək iştirakçılara müxtəlif hədiyyələr verilib.
25 növ hədiyyə arasında ən maraqlısı isə "Fənərbaxça"nın oyunçusu Aleks de Souza ilə şam yeməyi hədiyyəsi imiş. Bəxtinə bu hədiyyə çıxan Elif Dürüst adlı gözəlçə qəribə addım atıb. Belə ki, o, Alekslə şam yeməyindən imtina edib. Elif xanımın hədiyyəni istəməməsi tədbirə gələn hər kəsi təəcübləndirib. Aleksi vəziyyətdən çıxarmaq istəyən "Fənər" rəsmisi Cihan Kamer klubda idarəçilik etməsinə baxmayaraq, indiyədək Alekslə birgə yemək yemədiyini bildirib. Buna görə Kamer Elif Dürüstlə hədiyyəsini dəyişərək, özünün bəxtinə çıxan tablonu sözügedən xanıma verib.
Qeyd edək ki, Elif Dürüstün atası Əkrəm Dürüst vaxtilə "Qalatasaray" idarə heyətində işləyib və xanım özü də "Cim Bom" fanatıdı. Məhz bu səbəbdən onun Alekslə şam yeməyindən imtina etdiyi iddia olunur.

0
0