Vadim Borets: “İnter”lə oyun daha məsuliyyətlidir
16.12.2010 - 00:51
Vadim Borets: “İnter”lə oyun daha məsuliyyətlidir
“Neftçi”yə qarşı kompakt oyun sərgilədik. Rəqibə qol vəziyyətləri yaratmaq üçün, demək olar ki, heç bir şans vermədik. Hamı meydanda can qoydu. Heç kimə bu oyuna etinasız yanaşmadı”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun futbolçusu Vadim Borets deyib.

Moldovalı yarımmüdafiəçi klubunun saytına Premyer Liqanın XVIII turu çərçivəsində “İnter”lə keçiriləcək oyun barədə də fikirlərini bildirib: “Növbəti oyun daha da məsuliyyətlidir. Çünki biz çempionatın əvvəlində çox xallar itirmişik. Ona görə də bizim üçün “İnter” və ya MOİK-ə qarşı oyunlar arasında heç bir fərq yoxdur. Bizə bütün oyunlarda qələbə lazımdır. Əsas məqsədimiz xal qazanmaqdır. Çalışacağıq ki, “İnter”ə qarşı yaxşı oyun göstərib, qələbə qazanaq. “İnter” güclü rəqibdir, maraqlı oyun olacaq”.