“İnter” rəqibini darmadağın etdi
16.12.2010 - 09:44
“İnter” rəqibini darmadağın etdi
BƏƏ-də keçirilən klublararası dünya çempionatında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, yarışın 2-ci finalçısının adına İtaliyanın “İnter” və Cənubi Koreyanın “Sonnam İlva” klublarının qarşılaşmasında aydınlıq gəlib. Avropalılar rəqibini böyük hesabla darmadağın edərək həlledici görüşə vəsiqə qazanıblar – 3:0. Dekabrın 18-də baş tutacaq finalda “İnter” Konqo təmsilçisi “Mazembe” ilə görüşəcək.
5-ci yer uğrunda görüşdə isə Meksikanın “Paçuka” klubu penaltilər seriyasında meydan sahibləri “Əl-Vəhdə”ni məğlub edib.

1/2 final
"Sonnam İlva" (Cənubi Koreya) – "İnter" (İtaliya) – 0:3
Stankoviç, 3, Dzanetti, 32, Milito, 73

5-ci yer uğrunda
“Paçuka” (Meksika) – “Əl-Vəhdə” (BƏƏ) – 2:2, pen. 4:2
Svitaniç, 82, 89 – Matar, 44, Xamis, 77