AZAL aparıcı futbolçusunu itirdi
16.12.2010 - 10:09
AZAL klubunun aparıcı futbolçusu Zohair Benuahi cari ildə çıxışını vaxtından əvvəl bitirməli olub. Apasport.az saytının məlumatına görə, 23 yaşlı mərakeşli yarımmüdafiəçinin qasıq nahiyəsindəki köhnə zədəsi özünü göstərdiyindən, məşqlərdən kənarda qalıb.
Ayağına gips qoyulan Zohair yalnız gələn ilin əvvəlində məşqlərə başlaya biləcək. Bu isə onun son 2 turda – “Qəbələ” ilə ev, Salyanın “Muğan” klubu ilə səfər oyununda komandasına kömək edə bilməyəcəyi deməkdir.
AZAL-ın cari mövsümdə ən uğurlu transferi olan Benuahi qısa müddətdə komandanın lideri oldu. “Təyyarəçilər” MOİK-lə vacib 2 xal itirdikləri görüşdə onsuz oynadıqlarını nəzərə alsaq, yenə işləri çətin olacaq. Ötən ay komandasına qələbə gətirdiyi 3 oyunda 5 qol vuran Zohairin ayağındakı gips gələn ilin əvvəlində açılacaq.

0
0