Məmmədov Andreas Breme və Georgi Popeskunu da arxada qoydu
16.12.2010 - 10:52
Məmmədov Andreas Breme və Georgi Popeskunu da arxada qoydu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən məhsuldar müdafiəçilərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, milli çempionatların güclülər dəstəsində 50 və daha çox qol vuran oyunçuların yer aldığı cədvələ 80 müdafiəçi daxil olub.

Hollandiyalı Ronald Kumanın başçılıq etdiyi (193) siyahıda argentinalı Daniel Passarella (134), ispaniyalı Fernando Yerro (110), digər argentinalı Eqardo Bauza (108), almaniyalı Paul Braytner (103) də 100 qol həddini aşıblar. 80 müdafiəçi arasında karyerasını davam etdirən yeganə futbolçu olan braziliyalı Roberto Karlos isə 68 qolla 27-ci pillədə qərarlaşıb.

Siyahısda yer alan yeganə azərbaycanlı isə millimizin sabiq futbolçusu Ramiz Məmmədovdur. Azərbaycan və İran çempionatlarında keçirdiyi 285 qarşılaşmada 64 qol vuran “Qəbələ”nin sabiq baş məşqçisi 34-cü yerdədir. O, Georgi Popesku (Rumıniya), Andreas Breme (Almaniya) kimi ulduzları arxada qoyub.