Raymundo Vilsonu “İnter”ə qaytardılar
16.12.2010 - 11:18
Raymundo Vilsonu “İnter”ə qaytardılar
“Birlik kuboku” turnirində iştirak edəcək digər ölkələrdə də yarışa kifayət qədər maraq var. Apasport.az saytının məlumatına görə, qırğızıstanlı həmkarlarımız Azərbaycan çempionu “İnter”ə diqqət ayırıblar. Onlar ənənəvi turniri gündəmdə saxlayaraq, rəqiblər haqda məlumatları qaçırmamağa çalışırlar.

Hətta bakılıların təqdimatı da hazırlanıb. Lakin həmkarlarımız cüzi yanlışlığa yol veriblər. Belə ki, orta asiyalılar komandanın qapıçıları kimi gürcü Georgi Lomaya və braziliyalı Raymundo Vilsonu təqdim ediblər. Onlar iki mövsüm “İnter”in uğurları üçün çalışan cənubi amerikalını bu yolla komandamıza “qaytarıblar”. Hərçənd, yarım ildir vətəninə qayıdan qapıçı az əvvəl yeni klubu ilə müqavilə də imzalayıb.