İnyesta üçün 100 milyon avro!
16.12.2010 - 13:56
İnyesta üçün 100 milyon avro!
“Mançester Siti” dünya futbolunda rekord etməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, kluba himayədarlıq edən ərəb şeyxləri “Barselona” və İspaniya yığmasının 26 yaşlı yarımmüdafiəçisi Andreas İnyestanın transferi üçün 100 milyon avro xərcləməyə hazır olduqlarını bildiriblər.

“Marka” qəzetinin yazdığına inansaq, həmin məbləğ Kataloniya təmsilçisinin maraqlarına uyğun gəldiyindən, İniyestanı satmağa razıdır.

İnyesta millidə həm Avropa, həm də dünya çempionluğunu qazanıb. O, bu il dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatına əsas namizəddir.

Qeyd edək ki, hazırda dünyanın ən bahalı futbolçusu Madrid “Real”ında oynayan portuqaliyalı yarımmüdafiəçi Kriştianu Ronaldodur. 25 yaşlı futbolçu ötən yay “Mançester Yunayted”dən 94 milyon avroya alınıb.