Elvin Əliyev Premyer Liqa klublarının müdafiə xəttinə qiymət verdi
16.12.2010 - 14:32
Elvin Əliyev Premyer Liqa klublarının müdafiə xəttinə qiymət verdi
“Tək “Qəbələ” ilə oyun yox, bütün qarşılaşmalar çətindir. Premyer Liqada mübarizə aparan komandaların demək olar, hamısının müdafiə xətti güclüdür”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının AZAL klubunun müdafiəçisi Elvin Əliyev deyib.

O bildirib ki, həftəsonu “Qəbələ” ilə qarşılaşmada komandası rəqibin müdafiəsini yarmaq haqda düşünür: “Qəbələ” neçə oyundur ki, top buraxmır. Ancaq biz bu seriyaya son qoyacağıq”.

Heyətdəki itkilərdən də danışan Əliyev zədəli futbolçuların yoxluğunu hiss etdirməməyə çalışacaqlarına inanır: “Zohair Benouahidən başqa, Viktor İbekoyi də “Qəbələ” ilə oyunda meydana çıxmayacaq. Təbii ki, çalışacağıq ki, onların yoxluğunu hiss etdirməyək. Hamımız oyuna köklənmişik. Əhval-ruhiyyə yaxşıdır. Təkcə Zohair deyil, meydanda komandanın bütün üzvləri mübarizə aparır. Bu haqda oyundan sonra daha ətraflı danışa bilərik”.

Qeyd edək ki, AZAL – “Qəbələ” oyunu dekabrın 19-da keçiriləcək.