“Simurq” Tovuza qələbə dalınca gedir
16.12.2010 - 16:14
Zaqatalanın “Simurq” klubu Unibank Premyer Liqasında növbəti oyuna yüksək əhval-ruhiyyədə hazırlaşır. Apasport.az saytının məlumatına görə, Qyoko Hacıyevskinin yetirmələri XVIII turda Tovuzun “Turan” klubu ilə oyunda qələbəni hədəfə alıb. “Simurq” buna nail olarsa, “Turan”ı qabaqlayaraq, turnir cədvəlində 10-cu pilləyə yüksələcək. Komandanın gənc futbolçusu Mikayıl Rəhimov zədəsini sağaldaraq, məşqlərə başlayıb. Həkimlər 23 yaşlı yarımmüdafiəçini “Turan”la görüşə qədər tam sağaltmağa çalışırlar. Onun bazar günü Tovuzdakı oyunda iştirakı matç ərəfəsində bilinəcək.
Qış transfer müddətində heyətini bir neçə təcrübəli futbolçu ilə gücləndirməyi planlaşdıran “Simurq”un təlim-məşq prosesini harada keçirəcəyi bu il axırıncı turda MOİK-lə ev oyunundan sonra məlum olacaq.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0