Xaqani Məmmədovun təəssüfü
17.12.2010 - 00:01
“Çox təəssüf ki, MOİK-lə görüşdə komandama kömək edə bilməyəcəyəm. Ayağımdakı ağrılar oynamağa imkan vermir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın hücumçusu Xaqani Məmmədov deyib.
Ötən tur “Gəncə”ni məğlub etməklə, turnir cədvəlində liderliyi ələ keçirən “Xəzər Lənkəran” ən azı ilin sonuna qədər mövqeyini qorumaq haqda düşünür. Şənbə günü XVIII tur çərçivəsində MOİK-lə üz-üzə gələcək əyalət təmsilçisi 3 xal qazanmağa köklənib: “Komandadan ancaq qələbə gözləyirəm. Udmalıyıq, vəssalam. Liderliyi qazanmaq nə qədər çətindirsə, onu qorumaq daha çətindir. Biz indi zirvədəyik. Artıq yerimizi qorumağın zamanıdır”.
“Hərbçilər”lə hər iki oyunun Bakıda keçirilməsinə də toxunan 34 yaşlı futbolçu harda oynamağın deyil, nəticənin önəmli olduğunu qeyd edib: “Lənkəranda oynasaydıq, daha yaxşı olardı. Ancaq Bakıda oynamaq da problem deyil. Əsas yaxşı nəticə qazanmaqdır”.

0
0