“Qarabağ” əsas rəqiblərinin görüşündən yararlanmaq istəyir
17.12.2010 - 00:04
“Son 2 turda qələbə qazanmışıq. Seriyanı “Muğan”la qarşılaşmada da davam etdirmək istəyirik. Oyuna ciddi hazırlaşmışıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın hücumçusu Rauf Əliyev deyib.
Əvvəlcə “İnter”i, ardından isə “Simurq”u minimal hesabla məğlub edən “Qarabağ” ilk “altılıq”dakı yerini qoruyur. Ağdam təmsilçisi şənbə günü iddialılardan xal almağı bacaran “Muğan”ın müqavimətini qırmağa çalışacaq. Salyandakı dueldən heç-heçə ilə ayrılan komandalar paytaxtda fərqli nəticəyə ümid edir. Xüsusilə, cari mövsümdə heç də yaxşı günlərini yaşamayan Qurban Qurbanovun komandası xal fərqini azaltmağa çalışır: “Bilirik ki, “Muğan” əzmkar oyun nümayiş etdirir. Salyandakı qarşılaşmada bunu gördük. Bu oyunda udub, xal fərqini yaxşılaşdırmaq istəyirik”.
Ardıcıl 2 qələbənin komandada əhval-ruhiyyəni müsbət mənada dəyişdiyini bildirən hücumçu ilk “altılıq”dakı rəqiblərinin bu həftə üz-üzə gəlməsindən maksimum istifadə etməyə çalışacaqlarını deyib: “Son oyunları udduq. Bu əhval-ruhiyyəmizi yüksəldib. İli ilk “altılıq”da başa vurmaq istəyirik. Əsas rəqiblərimiz də bu həftə üz-üzə gələcəklər. 6 xallıq oyun olacaq”.

0
0