“Bu, əsl şəhər əfsanəsidir”
17.12.2010 - 00:07
“Bu, əsl şəhər əfsanəsidir”
Son günlər xarici mətbuatda "Real"lı oyunçular arasındakı münasibətlərin pozulduğu barədə xəbərlər yayılıb. Apasport.az saytının xəbərinə görə, hətta vəziyyət o yerə çatmışdı ki, İker Kasiyas, Qonsalo İquain, Serxio Ramos və İker Kasiyasın Kriştianu Ronaldonu paltardəyişmə otağında belə görmək istəmədikləri iddia olunurdu.

Lakin bütün bunlara aydınlıq gətirən ispan yarımmüdafiəçi Xabi Alonso deyilənlərin şayiədən başqa heç nə olmadığını deyib: "Bu, əsl şəhər əfsanəsidir. "Real"da hər şeyə mikroskopla baxırlar. Bunu hamı bilir. Biz paltardəyişmə otağı da daxil olmaqla hər yerdə çox mehribanıq".

"El Klassiko"nu çıxmaq şərtilə yaxşı oynadıqlarını deyən futbolçu çempionluq yarışından heç vaxt qopmayacaqlarını bildirib.