Avrokuboklardakı rəqiblərimiz iyunun 20-də bilinəcək
17.12.2010 - 11:20
Avrokubokların 2011/12 mövsümünün təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, mövsüm gələn il iyunun 20-də baş tutacaq püşkatma ilə start götürəcək. Həmin gün Çempionlar Liqası (ÇL) və Avropa Liqası (AL) turnirlərində ilk 2 təsnifat mərhələlərinin püşkü atılacaq.
Azərbaycanı qitə arenasında təmsil edəcək bütün klubların yarışa bu mərhələlərdə başladığı üçün komandalarımızın rəqibləri də həmin tarixdə müəyyənləşəcək. Gələn mövsüm üçün qüvvədə olan reytinqə əsasən 38-ci olan Azərbaycanın çempionu ÇL-in II, kubokun qalibi AL-ın II, çempionatın digər 2 mükafatçısı AL-ın I təsnifat mərhələsindən mübarizəyə başlayacaq.
Oyunlara gəlincə isə ilk 2 təsnifat mərhələsinin qarşılaşmalarının təqvimi belədir:
28/29 iyun-5/6 iyul – ÇL I təsnifat mərhələsi
30 iyun-7 iyul – AL I təsnifat mərhələsi
12/13-19/20 iyul – ÇL II təsnifat mərhələsi
14-21 iyul – AL II təsnifat mərhələsi
Gələn il iyulun 15-də hər 2 yarışın III təsnifat mərhələsinin püşkü atılacaq.
26/27 iyul-2/3 avqust – ÇL III təsnifat mərhələsi
28 iyul-4 avqust – AL III təsnifat mərhələsi
Avqustun 5-də isə ÇL və AL IV təsnifat mərhələsinin püşkü atılacaq.
16/17-23/24 avqust – ÇL IV təsnifat mərhələsi
18-25 avqust – AL IV təsnifat mərhələsi
Avqustun 26-da isə yarışın əsas mərhələsi, yəni qrup turnirinin püşka atılacaq.
Qeyd edək ki, gələn mövsümün finalları 2012-ci ilin mayında baş tutacaq. Ayın 9-da Buxarestdə (Rumıniya) AL, 10 gün sonra Münhendə (Almaniya) ÇL-in qalibi müəyyənləşəcək.

0
0